Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2025/2026

Hesabatın 2025/2026-cı illər üzrə buraxılışı Azərbaycanın iqtisadi inkişafı, müxtəlif sektorlar üzrə biznes fəaliyyəti, investisiya mühiti və yeni yaranan investisiya imkanları kimi özəl sektor üçün mühüm əhəmiyyət kəsb edən mövzuları əhatə edir. Hesabatda nəqliyyat və logistika sektorlarına xüsusi diqqət yetirilir.

Hesabatın məqsədi Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri və investorlarının baxış bucağından ölkənin biznes mühitində müşahidə olunan ən son tendensiyaları əks etdirməkdir.

“Azərbaycan üzrə Avropa İttifaqının Biznes Mühiti Hesabatı 2025/2026” Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Aİ-Azərbaycan Biznes Forumu” layihəsi çərçivəsində 2016-cı ildən etibarən Azərbaycanda müntəzəm olaraq aparılan tədqiqatın səkkizinci nəşridir. Layihə 2024–2026-cı illər ərzində VM Europe tərəfindən Aİ Ticarət Palataları və InvestBaku ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Hesabat üçün məlumatlar aşağıdakı mənbələrdən əldə edilmişdir:

 

- Azərbaycanda fəaliyyət göstərən, o cümlədən Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələrindən və Birləşmiş Krallıqdan olan Avropa şirkətləri;

 

- Azərbaycan bazarına daxil olmaqda maraqlı olan Avropa şirkətləri;

 

- Əsasən Avropa İttifaqı ilə əməkdaşlığa istiqamətlənmiş yerli Azərbaycan şirkətləri.

 

Hesabatda təqdim olunan nəticələr “Aİ Biznes Mühiti Sorğusu 2025–2026” çərçivəsində əldə edilmiş 69 fərdi respondent cavabının və şirkət sahibləri, eləcə də yüksək vəzifəli rəhbər şəxslərlə keçirilmiş 22 üzbəüz müsahibənin nəticələrinə əsaslanır. Hesabat üçün kəmiyyət məlumatları 2026-cı ilin mart–iyun ayları ərzində keçirilmiş anonim onlayn sorğu vasitəsilə toplanmışdır.

 

 

Səhifələr: 84 səhifə | Sənədin ölçüsü: 72.29 MB