Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb
Oct 14, 2025
Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı.
Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) ilə irihəcmli kredit sazişi imzalayıb. Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.
Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.
Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.
“Bu saziş beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıl layihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: “FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik.”
SON XƏBƏRLƏR
Dec 18, 2025
AYİB AccessBank-a gənc sahibkarlara kreditlər vermək üçün 20 milyon ABŞ dolları ayırıb
News
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta sahibkarlığa (KOB) yönəlmiş aparıcı Azərbaycan banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarına (17,1 milyon avro) qədər kredit ayırır.
Dec 06, 2025
EBRD Azərbaycanın enerji sektorunun dekarbonizasiyası ilə bağlı tövsiyələr hazırlayıb
News
Energetika Nazirliyində "Azərbaycanda enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr" sənədinin təqdimatı keçirilib.
Dec 03, 2025
Azərbaycan-Aİ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
News
Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.
Nov 17, 2025
Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edilib
News
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.
Oct 30, 2025
Aİ Səfiri ilə Biznes Səhər Yeməyi və “Avropa İttifaqı Biznes Mühiti Hesabatı – Azərbaycan 2024”ün Təqdimatı
News
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Marijana Kujundžić-in iştirakı ilə Biznes Səhər Yeməyi tədbiri Bakıda keçirilib. Tədbir Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin və ticarət palatalarının nümayəndələrini bir araya gətirib.
Oct 22, 2025
Aİ səfiri: "Azərbaycanla yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir"
News
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir.
Oct 14, 2025
Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb
News
Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
Oct 09, 2025
Aİ və Azərbaycan ikinci nəqliyyat dialoqunda nəqliyyat əməkdaşlığını dərinləşdirir
News
Oktyabrın 9-da Avropa Komissiyası və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nazir Rəşad Nəbiyev və baş direktor Maqda Kopçinskanın həmsədrliyi ilə ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunu keçirib.
Oct 07, 2025
Aİ-Azərbaycan münasibətləri əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - Almaniya səfiri
News
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann xəbər verir ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər dinamik inkişafın yeni mərhələsinə qədəm qoyublar.
Oct 01, 2025
Azərbaycan və İtaliya prezidentləri Bakı danışıqlarında enerji, təhsil sahəsində tərəfdaşlığı xüsusi qeyd ediblər
News
Əliyev və Mattarella strateji əlaqələrin, Aİ əlaqələri üzrə əməkdaşlığın artdığını vurğulayıblar, İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak ediblər
Sep 26, 2025
AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır
News
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.
Sep 23, 2025
Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir
News
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.