Aİ-Azərbaycan Biznes Forumu 2026 keçirilib

Oct 23, 2026

Bakı, 21 oktyabr 2026-cı il – Bu gün Bakı Marriott Hotel Boulevard mehmanxanasında Aİ-Azərbaycan Biznes Forumu 2026 keçirilib. Tədbirdə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, Avropa və Azərbaycan şirkətləri, ölkədə fəaliyyət göstərən Aİ Ticarət Palataları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər daxil olmaqla, 220-yə yaxın iştirakçı bir araya gəlib.

 

İlk dəfə 2016-cı ildə Bakıda təşkil olunan Aİ-Azərbaycan Biznes Forumunun bu il 10 illik yubileyi qeyd edilib. “Dəhlizlər arasında əlaqələrin gücləndirilməsi: Bağlantılar və infrastruktur” mövzusuna həsr olunan Forumda Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə regional bağlantıların inkişafı, nəqliyyat infrastrukturu, ticarət və investisiya imkanları diqqət mərkəzində olub.

 

Forum Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Marijana Kujundžićin açılış nitqi ilə başlayıb. Səfir Forumun 10 illik yubileyinə həsr olunmuş tədbirin iştirakçılarını salamlayıb.

 

Proqramın əsas hissələrindən biri Aytən Axundova tərəfindən “Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025–2026”nın nəticələrinin təqdimatı olub. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanan hesabat ölkənin biznes və investisiya mühitinin aktual qiymətləndirilməsini təqdim edir, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əsas tendensiyaları, mövcud çətinlikləri və imkanları əks etdirir.

 

Forum çərçivəsində, həmçinin, beynəlxalq ticarət və Ümumdünya Ticarət Təşkilatı üzrə baş ekspert Marius Bordalba və ticarət və özəl sektorun inkişafı üzrə ekspert Səid Cəfərli tərəfindən “Azərbaycanda ticarət sektorunun inkişafı: Siyasətlər, məhdudiyyətlər və imkanlar” adlı Ticarət Araşdırması Hesabatı təqdim olunub. Araşdırmada Azərbaycanın xarici ticarətinin inkişaf dinamikası, mövcud məhdudiyyətlər, ixrac potensialı, iqtisadiyyatın daha da şaxələndirilməsi və beynəlxalq bazarlara inteqrasiya imkanları təhlil edilir.

 

Forumun proqramı “Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) boyunca Aİ-Azərbaycan biznes əlaqələrinin inkişafı” mövzusunda panel müzakirəsi ilə davam edib. Müzakirələr zamanı Orta Dəhlizin strateji əhəmiyyəti, nəqliyyat infrastrukturunun inkişafı, eləcə də Azərbaycan üzərindən Avropa ilə Asiya arasında nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsi imkanlarına dair müxtəlif baxışlar səsləndirilib.

 

Rəsmi müzakirələrlə yanaşı, Forum Avropa və Azərbaycan şirkətləri, Aİ Ticarət Palataları, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar arasında birbaşa əlaqələrin qurulması və işgüzar əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb. İştirakçılar fikir mübadiləsi aparmaq, yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıq və investisiya imkanlarını müzakirə etmək imkanı əldə ediblər.

 

Aİ-Azərbaycan biznes dialoqunun 10 illiyinin qeyd olunduğu Forum dövlət və özəl sektor arasında dialoqun təşviqi, əlverişli biznes mühitinin dəstəklənməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm platforma kimi rolunu bir daha təsdiqləyib.

 

Aİ-Azərbaycan Biznes Forumu 2024–2026 layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və VM Europe şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən Aİ Ticarət Palataları və InvestBaku ilə birgə həyata keçirilir.

SON XƏBƏRLƏR

Aİ-Azərbaycan Biznes Forumu 2026 keçirilib

News

İlk dəfə 2016-cı ildə Bakıda təşkil olunan Aİ-Azərbaycan Biznes Forumunun bu il 10 illik yubileyi qeyd edilib.

Belçika-Azərbaycan Ticarət Palatasının Bakıda ofisi açılıb

News

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) Bakıda ofis açıb ki, bu da ikitərəfli işgüzar əlaqələrin inkişafında mühüm mərhələdir.

Aİ-Azərbaycan Biznes Forumu 2026 oktyabrın 21-də Bakıda keçiriləcək

News

Avropa İttifaqı-Azərbaycan Biznes Forumu 2026: Aİ-Azərbaycan biznes dialoqunun 10 illiyi

Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026

News

Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları

Avropa Ticarət Palatalarının Şəbəkələşmə tədbiri keçirilib

News

Bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən Aİ Ticarət Palatalarının nümayəndələrini bir araya gətirən "Avropa Palataları üçün Şəbəkələşmə Səhər Yeməyi" tədbiri keçirilib.

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur

News

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 49 faizi ötüb

News

Cari ilin ilk 6 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard 43 milyon 858,31 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 994 milyon 933,69 min dollar azalma deməkdir.

Polşa biznesinin təmsilçiləri Azərbaycana səfər edəcək

News

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.

Haaqada Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub

News

Haaqada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul çərçivəsində Azərbaycan-Niderland Ticarət Palatasının açılışı olub.

Azərbaycan bankı Avropa fondu ilə yeni iri kredit sazişi imzalayıb - 22 milyon avro cəlb edir

News

Bank Respublika kiçik və orta biznesin dəstəklənməsi üçün EFSE-dən 22 milyon avro məbləğində vəsait cəlb edir. Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq.

Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq

News

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalanıb.

Ticarət Missiyası Bakıya (Azərbaycan), 28 sentyabr - 1 oktyabr 2026-cı il

News

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) sizi Azərbaycan Respublikasının canlı paytaxtı Bakıya eksklüziv ticarət missiyasında iştirak etməyə dəvət etməkdən məmnunluq duyur.