Aİ Biznes Mühiti Hesabatları Azərbaycan

Aİ-nin Biznes Mühiti Hesabatları müxtəlif sektorları təmsil edən Aİ şirkətləri ilə aparılan sorğunun nəticələri və üzbəüz müsahibələr əsasında formalaşır.

Hesabat Aİ biznesləri tərəfindən qəbul edilən ölkədəki cari iqtisadi vəziyyət və biznes mühiti haqqında məlumat verir, eyni zamanda onların regionda üzləşdiyi əsas çətinlikləri və potensial imkanları təqdim edir.

2026

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2025/2026

Hesabatın məqsədi Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətləri və investorlarının baxış bucağından ölkənin biznes mühitində müşahidə olunan ən son tendensiyaları əks etdirməkdir.

Hesabatın 2025/2026-cı illər üzrə buraxılışı Azərbaycanın iqtisadi inkişafı, müxtəlif sektorlar üzrə biznes fəaliyyəti, investisiya mühiti və yeni yaranan investisiya imkanları kimi özəl sektor üçün mühüm əhəmiyyət kəsb edən mövzuları əhatə edir. Hesabatda nəqliyyat və logistika sektorlarına xüsusi diqqət yetirilir.

2024

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2024

“Aİ-Azərbaycan Biznes Forumu” layihəsi “VM EUROPE” şirkəti tərəfindən Biznes Palataları və İnvestBaku ilə birgə həyata keçirilir.

“Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2024” Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində 2016-cı ildən Azərbaycanda həyata keçirilən müntəzəm araşdırmanın yeddinci nəşridir.

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2021

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2019

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2018

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2017

Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2016